Milli Referens Laboratoriyası səriştəlilik sınağından uğurla keçib

Milli Referens Laboratoriyası səriştəlilik sınağından uğurla keçib

Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə əlaqədar Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bununla yanaşı, laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, kadrların səriştəliliyinin artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı da təmin edilir.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Nazirliyi (USDA) tərəfindən təşkil edilən səriştəlilik sınağında uğurla iştirak edib. Belə ki, səriştəlilik sınağı çərçivəsində laboratoriyaya daxil olan qarğıdalı və soya sınaq nümunəsində GMO (35 S, NOS, FMV təsbiti) təyini analizi Amerikanın Agilent şirkətinə məxsus olan PZR (polizəncirvari reaksiya) cihazında müayinə edilib.

Sınaq zamanı əldə olunan göstəricilərə əsasən laboratoriya səriştəlilik sınağından uğurla keçib.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: azertag.az