Yayda virus səngiyəcək - Akademik

Yayda virus səngiyəcək - Akademik

“Yaya doğru koronavirusa yoluxmada səngimənin şahidi ola bilərik”.

Cebhe.info xəbər veir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş epidemioloqu, akademik Nikolay Briko deyib.

Onun fikrincə, yaydan fərqli olaraq, payış-qış mövsümündə yenidən artım gözlənilir: "Bunu mən dalğa adlandırmazdım. Söhbət xəstəliyin artmasından, epidemik prosesin aktivləşməsindən gedir. İlk növbədə isə biz yay mövsümündə xəstəliyin səngiməsini müşahidə edəcəyik".

Akademik virusun səngiməsinə təbii mühitlə yanaşı, peyvəndlərin də təsirli olacağını bildirib.

Mənbə: cebhe.info