Azərbaycan Texniki Universitetinin professorunun həmmüəllifi olduğu monoqrafiya çapdan çıxıb

Azərbaycan Texniki Universitetinin professorunun həmmüəllifi olduğu monoqrafiya çapdan çıxıb

 

Bakı, 26 fevral, AZƏRTAC

Belarus Dövlət Rabitə Akademiyasının rektoru, professor Andrey Zeneviç və Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurovun həmmüəllifi olduğu “Kvant informasiya sistemləri” (Kvantovıye informatsionnıye sistemı) adlı monoqrafiya nəşr olunub.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, monoqrafiya Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyinin Belarus Dövlət Rabitə Akademiyasının Elmi Şurasının və AzTU-nun Elmi-metodik Şurasının qərarına əsasən çap edilib. Monoqrafiya Azərbaycan Texniki Universitetinin və Belarus Dövlət Rabitə Akademiyasının magistratura səviyyəsində tədris prosesində istifadə olunacaq.

Mənbə: azertag.az