Ağrıkəsicilərin bilmədiyiniz ZƏRƏRLƏRİ: Böyrəklər və...

Ağrıkəsicilərin davamlı və nəzarətsiz istifadəsi böyrəklərə zərər verir. Bu baxımdan həkimlər dərmanların uzun müddət istifadə edilməməsini tövsiyə edir.

Trakya Universiteti Sağlamlıq Elmləri Fakültəsi Dekanı professor-həkim Sedat Üstündağ həddindən artıq ağrı kəsicilərinin istifadəsinin zərərləri barədə açıqlama verib.

“Sherg.az” “Trthaber.com”a istinadən bildirir ki, həkim böyrək xəstəliyinin yetkin yaş qruplarında daha çox yayıldığını və hər altı insandan birinin böyrək ağrılarından əziyyət çəkdiyini söyləyib.

Böyrək xəstəliyinin şəkər, həddindən artıq duz istifadəsi və siqaret çəkmə kimi bir çox səbəbdən qaynaqlandığını ifadə edən Üstündağ dərmanların nəzarətsiz qəbulunun böyük fəsadlara yol açdığını bildirib.

Nəzarətsiz, həddindən artıq dərman istehlakının böyrək xəstəliyi riski yaratdığını ifadə edən həkim bunları söylədi:

“Ağrıkəsicilərin uzun müddətli istifadəsi, xüsusilə 30-70 yaş arası qadınlarda xroniki böyrək xəstəliklərinin vacib bir səbəbidir. “Mən gündə bir dəfə dərman istifadə edirəm” demək böyrək xəstəliyinin yaranma riskini azaltmır.

Xəstəlikləri ağrıkəsicilərlə müalicə etmək başqa bir problemin qapısını aça bilər. Həkim nəzarəti olmada “baş ağrıma yaxşı gəldi” deyib dərman qəbul etməklə sağlıq problemimizə başqa bir bəla əlavə etmiş oluruq.

Başınız ağrıyırsa, qan təzyiqiniz ola bilər, qan təzyiqi tənzimləyən müalicə ilə bunları aradan qaldıra bilərsiniz, ağrıkəsicilərlə başınızı rahatlatmaq başqa bir problemə yol açır”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Yerdə qalmayan qan - VİDEO

SONRAKI XƏBƏR

Dəmir yumruq - 2