Azərbaycan xalqının qan yaddaşı: Xocalı qurbanları yad edilir - FOTOREPORTAJ

Azərbaycan xalqının qan yaddaşı: Xocalı qurbanları yad edilir - FOTOREPORTAJ

Azərbaycanın qan yaddaşı olan Xocalı soyqırımı... 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli terror hadisəsi baş verib. Həmin qətliamdan 29 il keçir.

Dinc, silahsız Xocalı sakinlərinə bir gecənin içində amansız divan tutuldu. Soyqırımı nəticəsində
yüzlərlə qadın, kişi, yaşlı, cavan, körpə həlak olub. Yüzlərlə insan yaralanıb, xəsarət alıb, əsir düşüb.

Xocalı dəhşətlərinin izini bədənində gəzdirən xalqımız hər il “Ana harayı” abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini yad edirlər.

Oxu.Az “Ana harayı” abidəsindən fotoları təqdim edir:

Ramil Yunus

Mənbə: www.oxu.az