Qeyri-çimərlik ərazidə boğulan şəxsi xilas etmiş şəxsə döş nişanı təqdim edilib

Qeyri-çimərlik ərazidə boğulan şəxsi xilas etmiş şəxsə döş nişanı təqdim edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şimal Qres adlanan nəzarətsiz qeyri-çimərlik ərazisində boğulan iki şəxsdən birini xilas etmiş Pyotr Anatolyeviç Kuvşinova döş nişanı təqdim edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov göstərdiyi sücaətə görə Pyotr Kuvşinova təşəkkür edərək onun nümunəvi addımının gənclərə örnək olacağını bildirib.

Daha sonra P. Kuvşinova “Fövqəladə halların nəticələrini aradan qaldıran iştirakçıya” döş nişanı təqdim edilib.

Mənbə: apa.az