AMEA Mərkəzi Elmi Kitabxanasında Xocalı qurbanları anılıb-FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanasında Xocalı qurbanları anılıb-FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı- XX əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Öncə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev bildirib ki, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi.

Direktor xatırladıb ki, həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.

Aydın

 

Mənbə: cebhe.info