Məcburi köçkünlərin "çörəkpulu" kartından 5 manat niyə tutulub? - Bank "top"u komitəyə atdı

Məcburi köçkünlərin "çörəkpulu" kartından 5 manat niyə tutulub? - Bank "top"u komitəyə atdı

"Məcburi köçkünlərin "çörəkpulu" adlanan müavinət kartından 5 manat tutulub. "Qaçqınkom"dan deyirlər ki, illik kart xərcidir. Ötən il də tutulub, bu il də... Bilirsiz, hansı bankdır? Ölkənin ən böyük bankı "Kapitalbank".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Zaur Əhməd sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, bu davranış Prezidentin məcburi köçkünlərə yönəlik siyasətinə qətiyyən uyğun deyil.

Maraqlıdır ki, jurnalistin bu açıqlamasına "Kapitalbank" dərhal reaksiya verib.

Bankın açıqlamasında deyilir: "Məcburi köçkünlər üzrə istifadəyə verilmiş "Kapitalbank" kartlarının xidmət haqqı,yəni 5 AZN əvvəllər Qaçqınkom tərəfindən ödənilirdi. Lakin sonradan "Qaçqınkom" bu öhdəliyinin icrasını kart sahiblərinə yönəltdi. Və bunun nəticəsində kartın illik xidmət haqqı artıq kart sahibi tərəfindən ödənilir. Narazılığınızın qeydə alınması üçün "Qaçqınkom"a müraciət etməyiniz xahiş olunur. Bank bu məsələdə sadəcə olaraq vasitəçidir".

Mənbə: www.mia.az