“Ana harayı“ abidəsi gün ərzində ziyarət olunub (VİDEO)

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər haqqında uşaqdan böyüyə hər kəs bilir. Həmin gecə olanlar Azərbaycan xalqına qarşı həyata keçirilmiş kütləvi qırğın idi.

O qırğın ki, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

29 il bundan öncə hər il Xocalı soyqırımının anım günündə vətəndaşların bir birinə gün o gün olsun ki, Qarabağımızı geri alaq, onların qisasını yerdə qoymayaq arzusunu xatırlayıram. Baxın gün o gündü. Arzumuz gerçək oldu. Dəmir yumruq qalib gəldi. Xocalı qurbanlarının da qisası alındı.

Bu gün gün ərzində Xətai rayonunda yerləşən "Ana harayı" abidəsinə ziyarət davam edib. Lakin ölkədə xüsusi karantin rejimi davam etdiyinə görə keçən illərlə müqayisədə builki ziyarət tam fərqli təşkil olundu.İnsanlar ancaq 5 nəfərlik qruplar şəklində abidəni ziyarət edə bilirdilər.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

SONRAKI XƏBƏR

İlham Əliyev mətbuat konfransı keçirib - YENİLƏNİB + FOTO/VİDEO