Auditorlar Palatasının 25 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirilib

Auditorlar Palatasının 25 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirilib

Fevralın 27-də Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospekti ərazisində Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyinə həsr edilən ağacəkmə kampaniyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Auditorlar Palatasının sədri Vahid Novruzov aprelin 5-də palatanın fəaliyyətə başlamasının 25 ili tamam olduğunu bildirib. Deyib ki, bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulub, onlardan biri də ağacəkmə kampaniyasıdır: "Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Bizə münasib yer ayrılıb. Auditorlar Palatasının üzvləri, auditorlar, auditorlar təşkilatlarının nümayəndələri və əməkdaşlarımız böyük həvəslə bu tədbirdə iştirak edirlər. Biz də çalışırıq ki, ölkəmizdə iqtisadi inkişafın təmin olunmasında və maliyyə hesabatlarının təsərrüfat subyektləri tərəfindən hazırlanmasında yardımçı olmaqla yanaşı, onların dürüstlüyünü möhkəmləndirək, rəy verək. Bu da bütövlükdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların mühüm tərkib hissəsindən biridir".

V.Novruzov qeyd edib ki, böyük qayıdış dövründə dövlətimizin, o cümlədən Auditorlar Palatasının üzərinə daha böyük vəzifələr düşür: “Biz bu vəzifələrin icrasını yerinə yetirmək əzmindəyik. Ona görə ki, bunlar Prezident İlham Əliyev tərəfindən hər birimizin qarşısında qoyulan məsələdir”.

Mənbə: azertag.az