Bu evi şəhərin istənilən yerində quraşdırmaq olar

Bu evi şəhərin istənilən yerində quraşdırmaq olar

Arxitektor Ceyms Lounun layihəsi əsasında hazırlanan beton boru içində mini ev layihəsi orijinallığı ilə seçilir.

Publika.az CNN-ə istinadla xəbər verir ki, su borusundan istifadə edilən bu tip evin ağırlığı təqribən 20 ton, diametri isə 2,5 metrdir və onu şəhərin istənilən yerində quraşdırmaq mümkündür.

Arxitektorun fikrincə, boru-ev xüsusilə də böyük şəhərlərdə yaşayan insanların evlə və kommunal xidmətlərlə bağlı xərclərini minimuma endirir.

Evdə 1 və ya 2 nəfərin rahat yaşaması üçün lazımi şərait var.

Mənbə: publika.az