“Lufthansa” Qazaxıstana aviareysləri bərpa edir

“Lufthansa” Qazaxıstana aviareysləri bərpa edir

Almaniyanın “Lufthansa” aviaşirkəti mayın 1-dən Almatı və Nur-Sultan şəhərlərinə müntəzəm reysləri bərpa edir.

AZƏRTAC xəbər verir ki, Frankfurt-Mayndan reyslər bazar ertəsi və şənbə günləri Almatıya, cümə axşamı isə Nur-Sultan beynəlxalq hava limanına yerinə yetiriləcək.

Almatıdan Frankfurt-Mayna çərşənbə axşamı və bazar günləri birbaşa uçuşlar olacaq.

Uçuşlar üç xidmət sinfi ilə “Airbus A330-300” təyyarələri ilə həyata keçiriləcək.

Mənbə: azertag.az