Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya başlayıb

Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya başlayıb

Cənubi Koreyada əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası başlayıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ilk olaraq tibb müəssisələrində çalışanlar və pasiyentlər peyvənd olunur. Vaksinasiya prosesində “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı COVID-19 əleyhinə peyvəndlərindən istifadə olunur. Vaksinasiyanın ilk günündə 18 min 489 nəfər peyvənd vurulub.

Cənubi Koreyanın Ərzaq və Dərman Təhlükəsizliyi Nazirliyi bir müddət əvvəl həmin vaksinin ölkədə istifadəsini təsdiqləyib. Ölkədə həmin vaksinin martda başa çatacaq 3-cü mərhələ kliniki sınaqlarının nəticələrindən asılı olaraq yaşı 65-dən yuxarı olanların peyvənd olunmasına qərar veriləcək.

Qeyd edək ki, Cənubi Koreya hökuməti sentyabradək ölkə əhalisinin 70 faizini COVID-19 virusuna qarşı peyvənd etməyi planlaşdırır.

 

Mənbə: azertag.az