Daha bir məktəb koronavirusa görə bağlandı

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək. 

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koronavirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi. 

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ötən il Saatlıda ümumi məhsul istehsalında özəl sektorun payı 91, 9 faiz təşkil edib

SONRAKI XƏBƏR

Daha bir general Paşinyana qarşı çıxdı