Türkiyədə pandemiya dövründə boşananların sayı azaldı

Türkiyədə pandemiya dövründə boşananların sayı azaldı

Pandemiya dövründə Türkiyədə qeydə alınan nikah və boşanma hallarının sayı azalıb.

Publika.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, 2019-cu ildə 542 314 cütlük, 2020-ci ildə isə 487 270 cütlük ailə qurub. Həmçinin qeyd olunub ki, ötən il ölkədə 135 min 22 ailə boşanıb.

Bildirilib ki, 2019-cu ildə isə boşanan ailələrin sayı 156 587 olub.

Tural Turan

Mənbə: publika.az