Bu otelə yalnız kanatla getmək mümkündür

İsveçrənin Alp dağlarında sərt qaya üzərində yerləşən otelə yalnız kanat yoluyla daxil olmaq mümkündür.

Publika.az xarici saytlara istinadla xəbər verir ki, otel turistlər və təbiəti sevənlər üçün yalnız ilin aprel-oktyabr aylarında açıqdır.

Oteldə yaşamaq üçün şərait o qədər də komfortlu deyil. Bir neçə otaqdan ibarət mehmanxana 4 nəfər üçün nəzərdə tutulub. Burada qonaqlara Alp dağlarının sakinlərinin ənənəsinə uyğun olaraq sadə, lakin doyumlu yemək təklif olunur.

Dağların, göllərin və vəhşi təbiətin gözəlliyini seyr etmək istəyən qonaqlar bu məqsədlə 1 və ya 3 saatlıq sadə və mürəkkəb marşrutlardan istifadə edə bilərlər.

Tural Turan

Publika.az

ƏVVƏLKİ XƏBƏR

“Mançester Siti”nin ardıcıl 20-ci, Qvardiolanın 500-cü qələbəsi - VİDEO

SONRAKI XƏBƏR

SƏRT İTTİHAM: "Kişi kimi sözünün üstündə dur və sözlərinə cavabdeh ol"