Böyük qayıdışa hazırlıq: Azad olunmuş torpaqlar yenidən dirçələcək

Böyük qayıdışa hazırlıq:     Azad olunmuş torpaqlar yenidən dirçələcək

Azərbaycan Respublikası bir dövlət olaraq daim tarixi ədalətin bərpa olunması uğrunda mübarizə aparmışdır. 44 günlük Vətən müharibəsində də biz bunu dünya dövlətlərinə sübut etdik ki, bizim kiminsə torpağında gözümüz yoxdur, eyni zamanda da öz torpaqlarımızı azad edərkən Beynəlxalq Konvensiyaları unutmadıq.

Ermənistanın apardığı təxribatlar da bir daha sübut edir ki, 30 il müddətində daim sülh prosesinə mane olan, bu gün də Azərbaycan dövlətinin naliyyətlərinə kölgə salan bəyanatlar verməklə haqq işimizə mane olurlar.

2020-ci ilin iyul, avqust, sentyabr aylarında törətdikləri təxribatlara Azərbaycan Ordusu 44 gün ərzində layiqli cavab verdi və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdi.

Bu gün bərpa olunmuş torpaqlarımızda abadlıq və quruculuq işləri tam gücü ilə həyata keçirilir.
Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunur və bütün bərpa işləri ilə yerindəcə tanış olmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azad edilmiş rayonlarımıza səfər edir və bütün görülmüş işlərə aid tapşırıq və tövsiyyələrini verir.

Belə ki, Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir. Buna bariz nümunə olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Zəngilan rayonuna səfəri zamanı İlk “ağıllı kənd” layihəsinin məhz Zəngilan rayonunun Ağalı kəndində icra ediləcəyini və bunun üçün artıq işlərin başladığını qeyd etdi

“Ağıllı kənd” layihəsinin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Bildiyimiz kimi bu layihə həm də dünyanın müxtəlif ölkələrində reallaşdırılır və məqsədi kənd sakinlərinin həyatını yüngülləşdirmək və yaşayış səviyyəsini yüksəltməkdir. Bu da özlüyündə işğaldan azad olunmuş ərazi üçün optimal bir layihədir.

Cənab Prezidentin Laçın rayonuna səfəri zamanı Güləbird kəndində su elektrik stansiyasının inşası ilə tanış olub və bu ərazilərdə enerji infrasturukturunun yenidən qurulmasının azad olunmuş rayonlarımızda fasiləsiz enerji verlişinin təmin edilməsində rolunu vurğuladı, eyni zamanda daha bir neçə SES-in tikiləcəyinin bildirdi.
Ölkə başçısı onu da qeyd etdi ki, Laçın işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra burada SES istismara verilir:

“Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik. Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur düşmən də işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb. O cümlədən Güləbird Su Elektrik Stansiyası düşmən tərəfindən dağıdılmışdır. Əks-təqdirdə, bu stansiya elə dekabrın 1-dən bizə xidmət göstərəcəkdi. Ancaq verilən tapşırıqlarım qısa müddət ərzində yerinə yetirildi və bu gün biz 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyasının açılışını qeyd edirik”.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalanmışdır. Belə ki,qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır.

Bölgə ölkələri bu yolun tikintisinə böyük maraqla yanaşırlar. Dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsui əhəmiyyəti var. Bütün bölgə ölkələri bu layihələrdən ancaq xeyir götürür. Bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsində və bölgədə müharibə risklərini sıfra endirir, Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiya dövlətinin Ermənistan, İran, Türkiyə və Naxçıvan ilə dəmir yol əlaqəsi yaranır. Bu layihə Prezident İlham Əliyevin böyük uzaqgörənliyinin nəticəsində reallaşacaqdır və Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Laçın rayonunda Azərbaycan bayrağını qaldıraraq qeyd etdiyi kimi :

"Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırıram və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm: Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.

Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq.1992-1993-cü illərdə düzgün aparılmayan siyasət,Dövlətin düzgün idarə olunmaması bizi bu torpaqlardan uzaq salsada biz geri qayıtdıq.Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
 

Mənbə: buta.ws