Antitellər koronavirusa təkrar yoluxmadan qorumur - ALİMLƏR

Antitellər koronavirusa təkrar yoluxmadan qorumur - ALİMLƏR

Koronavirus infeksiyasına immunitetin cavabını öyrənən alimlər gün keçdikcə daha yeni və çox sirlərlə qarşılaşırlar.

Belə ki, indi də antitellərin virusa təkrar yoluxmadan qorumadığını aşkarlayıblar.

Milli.Az xəbər verir ki, Pekində xəstəxanaya kovidli xəstələr gəlir. Onlar orqanizmlərində antitel olmasına baxmayaraq, təkrar kovidə yoluxmuşdular.
Deməli, antitellər virusu neytrallaşdıra bilməyib.

Xəstələr ikinci dəfə də birincidəki kimi virusun bir çox simptomlarını hiss ediblər.

Koronavirus antitel baryerini də aşır və bunu dərindən öyrənmək lazımdır. /medicina.az

Mənbə: news.milli.az