“Sea-Watch” 363 mıqrantı xilas edib

“Sea-Watch” 363 mıqrantı xilas edib

"Sea-Watch" xilasedici təşkilatı mərkəzi Aralıq dənizində 363 miqrantı xilas edib.

Bu barədə təşkilat özünün tvitter səhifəsində yazıb.

Bildirilir ki, İtaliya və Malta miqrantların qəbulundan imtina edib.

Buna baxmayaraq təşkilat İtaliyanın sahil mühafizəsindən yardım istəyib.

Təşkilatdan bildirilir ki, əgər vaxtında müdaxilə edilməzsə miqrantlar üçün həyati təhlükə yaranacaq.

Mənbə: www.realtv.az