Rusiya "Maşa və Ayı" siyasəti aparır - "Verməyəcəm!"

Rusiya "Maşa və Ayı" siyasəti aparır - "Verməyəcəm!"

Rusiya Şimal qütbü ətrafındakı ərazilərə dair sadə siyasət aparır: Arktika tam olaraq Rusiyanın olmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə İsveçrənin “Dagens Nyheter” nəşri məqalə dərc edib.

İddia edilib ki, Rusiyanı, ilk növbədə, təbii resurslar və yeni dəniz marşrutu — Şimal dəniz yolu üzərində nəzarət, o cümlədən hərbi ​nəzarət maraqlandırır.

“Kremlin Arktika siyasətini Rusiyanın məşhur “Maşa və Ayı” cizgi serialından ibarət səhnə ilə müqayisə etmək olar. Cizgi filminin baş qəhrəmanlarına Yeni il hədiyyələrini paylamaq tapşırılıb, lakin Maşa inadkarlıq edir. O, hədiyyələri özü ilə bağlayır və qətiyyətlə etiraz edərək deyir: “Verməyəcəm!” Rusiya hökumətinin Arktikaya münasibəti də qısaca olaraq belədir.

Arktikanın təxminən yarısı onsuz da Rusiyaya məxsusdur. Kremlin strateji prioriteti isə bu ərazinin üzərindəki nəzarəti qoruyub-saxlamaq və genişləndirməkdir”, – məqalədə qeyd olunub.

Mənbə: konkret.az