Xocalı soyqırımının şahidi Salman Abbasov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı paylaşım edib.
O bildirib ki, Salman Abbasov Xocalıda dəfn olunub.
Qeyd edək ki, S.Abbasov Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlardan tanınan Ləfxanım Mahmudovanın atasıdır.


Mənbə: qafqazinfo.az