Sumqayıtda 20 nömrəli məktəbin tikintisi davam edir - VİDEO

Sumqayıtda 20 nömrəli məktəbin tikintisi davam edir - VİDEO

Sumqayıtda şəhər 20 nömrəli tam orta məktəbin tikintisi davam etdirilir. Məktəb üçün bina şəhərin 4-cü mikrorayon ərazisində inşa olunur.

Təhsil müəssisəsi 3 mərtəbəli olacaq. Məktəbin yeni binası müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.

Mənbə: xeberle.com