Slovakiya komendant saatı tətbiq edir

Slovakiya komendant saatı tətbiq edir

COVID-19 virusuna görə Slovakiya hökuməti martın 3-dən ölkə ərazisində komendant saatı tətbiq edir.

Əgər koronavirusa yoluxma azalmasa, martın 15-dən komendant saatının vaxtı uzadılacaq.

Komendant saatı axşam saat 20:00-dan gecə 1:00-dək olacaq. Bundan əlavə, icazəsi olmayan vətəndaşlar zəruri bir iş olmadan səhər saat 5:00-dan axşam saat 20:00-dək evdən çıxa bilməzlər.

“TA3” telekanalının məlumatına görə, komendant saatında tədris müəssisələri işləyəcək. İbtidai sinif şagirdlərini və uşaq bağçalarına gedənləri valideynlər aparmalıdırlar. İşsiz şəxslərə isə evdən çıxmaq qəti qadağan edilib. Yalnız xüsusi icazəsi olan və işə gedən şəxslər evdən çıxa bilərlər.

Mənbə: xalqqazeti.com