Qıcıqlanmış bağırsağı necə sakitləşdirməli?

Qıcıqlanmış bağırsağı necə sakitləşdirməli?

FODMAP – bağırsaq mikroflorasını tənzimləyən, qidalanrıdan bir qrup karbohidratların daxil olduğu qidalanma rasionudur.

Redaktor.az bildirir ki, bəzi insanlar üçün bu karbohidratlar xoşagəlməz hallar yaratsa da, bağırsaq mikroflorası zərər görmüş və qıcıqlanmış bağırsaqdan əziyyət çəkənlər üçün xilas yoludur.

FODMAP – bir neçə sözün baş hərfinin abreviaturasıdır: Fermentlər, olisaxarid, disaxarid, monosaxarid, poliols.

Bu qrupa nələr daxildir:

- Fruktoza

- Laktoza

- Qalaktan

- Qalaktosaxarid

- Poliol – şəkər spirti

Bəzi insanların bağırsağına FODMAP-a daxil qidalar düşən kimi həzm pozulur, qarında, bağırsaqda problemlər başlayır.

Buna qıcıqlanmış bağırsaq deyilir.

Bu zaman qarında ağrı, yanğı, qazlar, köp, stulun pozulması – yəni ishal və ya qəbizlik qeyd olunur.

Məsələ ondadır ki, bu karbohidratların fermentləşdirilməsi zamanı bakteriyalardan qazlar ayrılır. Burdan da ağrı, qarnın şişməsi, köp, narahatlıq başlayır.

Üstəlik fruktoza diabet, piylənməsi və insulin dirənçi olan xəstələrdə çox olan bağırsaq bakteriyalarını qidalandırır. Bu da həmin xəstələrin vəziyyətini çətinləşdirir.

Bağırsaq keçiriciliyinin artması nə deməkdir?

Bağırsaq divarı, selikli qişası bağırsağı qandan ayıran bir baryerdir. O, özündən ancaq faydalı maddələri, vitamin və mineralları, suyu, elektrolitləri buraxır. Amma zərərli patogen bakteriyaları keçirmir və özündə həbs edir.

Bağırsağın müdafiə qatı olan bu qatının tamlığı bir sıra səbəblərdən, eləcə də FODMAP-dan pozula bilər. Bu siyahıda Fruktoza özünü daha aqressiv göstərir.

O, demək olar ki, zərərli qlütenlə eyni səviyyədədir. Elə insanlar var ki, onlara fruktan daha pis təsir edir, nəinki qlüten

.

Bəs hansı qidadan, karbohidratdan qıcıqlanmış sindrom yarandığını necə bilməli. FODMAP təsirini necə aşkarlamalı?

- İlk olaraq 3-6 həftəliyə FODMAP daxil qidaları rasiondan çıxarmaq və qəti yeməmək. Bu çox çətindir. Çünki bu siyahı o qədər çoxdur ki, insan nə yeyəcəyini bilmir.

Bunu etsəniz, 3-6 həftə ərzində vəziyyətinizin dəyişməsinə görə sizdə FODMAP-a qarşı həssaslıq olduğunu təxmin edirsiz.

2-ci mərhələdə imtina etdiyiniz ərzaqları bir –bir menyuya qaytarıb yeyir və bağırsağın reaksiyasına baxırsız. Buna 3 gün vaxt sərf edilir.

Tədqiqatlar göstərib ki, qıcıqlanmış bağırsaq sindromu olan insanlarda FODMAP siyahısını yoxlamaq və bəzi qidaları menyudan çıxarmaq onların sağalmasına səbəb olub.

Allergik reaksiyalara səbəb olan histamin - ən birinci iltihab agenti də FODMAP dietası zamanı azalır, kəskin enir.

Bu dieta zamanı yuxu yaxşılaşır, libid, enerji artır. Depressiya itir, insan özünü rahat hiss edir.

Yaxşı olar ki, bu yoxlamanı və dietanı qastroenteroloq və ya dietoloq nəzarətində aparasız.

FODMAP-a daxil olan qidalar:

- Alma, manqo, armud, meyvələrin 50 %-i, yəni fruktozası çox olan

- Böyürtkən, vişnə

- Brokoli. kök, kələm, yaşıl lobya, şirin kartof, pomidor, yaşıl bibər

- Soya. mərci, noxud, nut, paxlalılar

- Qarğıdalı

- Bal

- Süd məhsulları, inək südü, laktozalı qidalar

- Avokado

- Kola, saqqız

- Sorbit

- Soğan, sarımsaq

- Buğda tərkibli bütün qidalar

- Fıstıq

- Qəhvə

Dieta zamanı nələri yemək olar?

- Ət, ət məhsulları, balıq, toyuq

- Yumurta

- Laktozasız süd, yoqurt. kefir

- Kokos, badam südü

- Qlütensiz un məmulatları

- Qarabaşaq, düyü

- Balqabaq

- Xiyar, kərəviz, ənginar, tofu, turp, kabak, ispanaq, zeytun

- Kivi, sitruslar, ananas

- Tünd şokolad

- Çay

- İstənilən yağlar //Medicina.az

Mənbə: redaktor.az