Özbəkistanda nəhəng xarici investor - "LUKoyl" şirkəti

Özbəkistanda nəhəng xarici investor - "LUKoyl" şirkəti

Rusiyanın neft nəhəngi «Lukoyl» Özbəkistanda nəhəng xarici investor olub. Şirkət bu ölkədəki layihələrə 5 milyard dollardan artıq vəsait yönəldib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xəbərində söhbət açılır.

««Lukoyl» Özbəkistan Respublikasında öz fəaliyyətini «Kadım-Xauzak-Şadı-Kinqred» və «Qissar» layihələrində məhsulun bölgüsü üzrə saziş əsasında həyata keçirir. Şirkətin toplam investisiya həcmi sözügedən layihələrdə 5 milyard dolları aşır ki, bu da «Lukoyl»u ölkədə nəhəng investora çevirib» - XİN məlumat verir.

Rusiya, həm də ümumilikdə Özbəkistanın xarici ticarət həmkarları arasında aparıcı yeri tutur. 2020-ci ildə onun payına Özbəkistanın xarici ticarət dövriyyəsinin 15,7 faizi düşüb.

Ötən ilin nəticələrinə görə, iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 5,9 milyard dollar təşkil edib. Bu, 2016-cı ildəki göstəricidən (2,7 milyard) iki dəfə artıqdır. Bununla yanaşı, orta müddətli perspektivdə əmtəə dövriyyəsinin10 milyard dollara çatdırılması nəzərdə tutulur.

Hazırda Özbəkistanda Rusiyanın iştirak etdiyi 2100 müəssisənin nümayəndəliyi fəal şəkildə işləyir. Onların arasında «Qazprom», «VıpelKom», «Severstal», «Silovıye maşinı», «RUSAL», «Rostselmaş», «VTB», «Vneşekonombank» seçilir. Özbəkistan iqtisadiyyatına cəlb olunmuş Rusiya sərmayəsinin ümumi həcmi isə 10 milyrd dollar qiymətləndirilir.

Rusiyada 600-dən artıq Özbəkistan kapitallı müəssisə fəaliyyət göstərir.

AzPolitika.info

Mənbə: azpolitika.info