Maykl Rayan: “Koronavirusla mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək tezdir”

Maykl Rayan: “Koronavirusla mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək tezdir”

“Koronavirusa qarşı mübarizə tədbirlərinin bu ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan açıqlamasında deyib.

O bildirib ki, peyvənləmənin tədricən virusu təsir etməyə başladığını görürük: “Ancaq bu mərhələdə pandemiya ilə mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.

Oxşar açıqlama ilə ÜST-nin baş tədqiqatçısı Suma Svaminatan da çıxış edib. Onun sözlərinə görə, hazırda təşkilat peyvəndləmə fonunda ilin sonuna qədər ölüm və ağır xəstəlik hallarının azaldılacağını gözləyir.

Mənbə: apa.az