Qazi protez gözlə təmin olunub

Qazi protez gözlə təmin olunub

Xəbər verdiyimiz kimi, “YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib.

Cebhe.info xəbər verir ki, bu gün İsrail həkimləri ilk xəstələrini müalicə ediblər.

Nuralı Abdullayev müharibə zamanı gözünü itirib və üzü deformasiyaya uğrayıb, amma bu gün o, İsraildən gətirilən protez gözlə təmin edilib.

Onun kimi onlarla qazinin də artıq müalicəsi başlayıb.

Semra Ələkbərli
 

Mənbə: cebhe.info