Dünyada ikinci dəfə üz nəqli edən qadın mətbuata danışdı

Dünyada ikinci dəfə üz nəqli edən qadın mətbuata danışdı

ABŞ-da ilk dəfə və dünyada ikinci dəfə üz transplantasiyası əməliyyatı keçirən 53 yaşlı Karmen Tarleton ilk dəfə insanlar arasına çıxıb.

Unikal.org xəbər verir ki, Tarletonun üzü 2007-ci ildə ayrılan əri tərəfindən kimyəvi maddələr tökülərək yandırılıb. Daha sonra qadına şüddət edən şəxs onun üzünü tanınmaz hala salıb.

İlk üz transplantasiyası 2013-cü ildə həyata keçirilib. Lakin 7 ildən sonra toxuma uyğunsuzluğu problemi yaşayan Tarletona, keçən iyul ayında Bostondakı Brigham və Qadın Xəstəxanasında ikinci üz nəqli edilib. Sözügedən üz transplantasiyası əməliyyatı ölkədə edilən ilk əməliyyat olaraq qeyd edilib.

Karmen Tarletonikinci üz transplantasiyası əməliyyatından sonrailk dəfə mətbuata çıxıb. O, çıxışı zamanı özünü yaxşı hiss etdiyini və həyatda qalmaq üçün yenə mübarizə aparacağını bildirib.

Mənbə: www.unikal.org