Ölkədə vaksinasiya davam edir - VİDEO

Ölkədə vaksinasiya davam edir - VİDEO

Martın 1-də Azərbaycanda koronavirus infeksiyasına qarşı 22 498 nəfər vaksinasiya olunub. Bugünədək isə ölkəmizdə 293 360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Hazırda 50 yaşdan yuxarı şəxslərin Vaksinasiya prosesi davam edir.

Vaksinasiya ilə bağlı vəziyyəti müşahidə etmək üçün üz tutduq poliklinikaların birinə.

Yasamal rayonunda yerləşən 19 saylı Şəhər Poliklinikasında vaksinasiya olunmaq üçün gələnlərin sayı çox idi. Qeyd edim ki, artıq vətəndaşların vaksin olunmaq üçün gəlib poliklinikalarda dəqiqələrlə gözləmələrinə də ehtiyac yoxdu. Vaksinasiya prosesində iştirak etmək üçün vətəndaşlar randevu.its.gov.az sistemindən qeydiyyatdan keçərək qabaqcadan günü, saatı müəyyənləşdirərək peyvənd oluna bilirlər.

Poliklinikanın baş həkiminin müavini Yeganə Cəfərova bildirdi ki, hazırda peyvənd olunmaq istəyən vətəndaşların sayı olduqca çoxdur. Hətta növbədənkənar gəlib vaksin olunmaq istəyənlər də var. Ancaq indiyədək vaksinin hər hansı fəsadı qeydə alınmayıb.

Qeyd edək ki, vaksinləmə strategiyasına uyğun olaraq 50 yaşdan yuxarı vətəndaşların vaksinasiya prosesi yekunlaşdıqdan sonra 18 yaşdan yuxarı bütün risk qrupuna daxil olan vətəndaşların vaksinasiya prosesinə başlanılacaq.

 

Mənbə: www.realtv.az