Sərt karantin yox, peyvənd: Virusa qarşı mübarizədə ikinci daha uğurludur

Sərt karantin yox, peyvənd: Virusa qarşı mübarizədə ikinci daha uğurludur

Son günlər koronavirusdan ölüm sayı azalıb.

Yoluxma sayında isə son günlər artım var. Lakin Novruz bayramı ərəfəsində yenidən karantinin sərtləşdiriləyinə xəbərlər gəzir.

Digər tərəfdən də əhalinin könüllü vaksinasiyası davam edir. Vaksinasıyanın yoluxmaya qarşı ciddi müqavimət göstərəcəyinə dair ekspertlərin söylədikləri əhaliisnin böyük əksəriyyəti peyvənd olunan İsrailin təcrübəsində özünü göstərir.

Belə bir zamanda yenidən karantinin tətbiqi nə qədər gözləniləndir? Əgər vaksinasiya prosesi davam edirsə, sərt karantin kimə və nəyə lazımdır?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan farmakoloq Aydın Əliyev bildirib ki, təəssüf ki, bu problem artıq gündəlik məsələyə çevrilib:

"Burada söhbət insanlarımızda sağlamlıq mədəniyyətinin formalaşmasından gedir. Artıq insanlar qanunlara riayət etməyə başlayıb. Bu, çox çətin məsələdir, lakin hazırda bu proses gedir. Biz dəqiq deyə bilmərik ki, yenidən karantin olacaq, ya yox. Lakin məlumdur ki, karantin bütün ölkə üzrə hamıya şamil edilmir. Məsələnin digər tərəfi də odur ki, elementar məsələlərə, qoruyucu maska taxmağa, məsafə saxlamağa riayət etməyən insanlarımız da var. Bu səbəbdən də karantin olacaq, yoxsa yox, bu, bizim, vətəndaşlarımızın davranışından və təbii ki, peyvəndin nə qədər insanı əhatə etməsindən asılıdır".

Deməli, indiki halda əsas diqqət karantinin sərtləşdirilməsinə yox, peyvəndləməyə cəlb olunmalı, təbliğat, maarifləndirmə işi gücləndirilməli, vaksinasiya prosesinə cəlb olunan insanların sayı artırılmalıdır.

Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22 498 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293 360 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info