Şəmkir sakinlərinin hədər olan əziyyəti - VİDEO

Şəmkir sakinlərinin hədər olan əziyyəti - VİDEO

Şəmkir sakinlərinin min bir əziyyətlə becərdiyi məhsulu alan yoxdur.

Baku TV xəbər verir ki, Yeni Həyat kəndinin sakinləri əkib-becərdikləri soğanı sata bilmir. Bu il məhsul bol olsa da, alıcı yoxdur.

Sakinlər bildirir ki, xarici ölkələrdən gətirilən soğan onların məhsullarının satılmasına mane olur. Hazırda kənddə təxminən satılmayan 1700 ton soğan qalıb.

Qeyd edək ki, Yeni Həyat kəndinin əsas məşğuliyyəti kənd təsərüffatı, xüsusən soğançılıqdır.
Adiyyəti qurumlar isə mövcud vəziyyəti azad iqtisadiyyatla əlaqələndirirlər.

Ətraflı süjeti təqdim edirik:

 

Mənbə: www.oxu.az