Bərdə Şəhidlər Xiyabanında abadlıq işləri başa çatdı - Fotolar

Bərdə şəhərinin Şəhidlər Xiyabanında rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin noyabr ayından başlanan abadlıq, təmir-bərpa işləri tam başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Xiyabanda birinci Qarabağ müharibəsindən bəri olan şəhid məzarlarının kənarlarında qranit və mərmər döşəmə örtüyü, qranit lövhə və arxa divarlar təmir edilib, ərazidə texniki bərkitmə işləri aparılıb, əraziyə 1600 kv metr tamet üzlük döşənib.

Xiyaban ərazisi dekorativ divarla ümumi qəbirstanlıqdan ayrılıb, yaşıllıq zolaqları yaradılıb, su sistemi quraşdırılıb, ad göstəricisi olan giriş qapısı, şəhid bulağı kompleksi, işıqlandırma sistemi bərpa olunub, oturacaqlar və çöp qabları quraşdırılıb. Xiyabanın girişinə, ana yol və keçidlərə asfalt örtük verilib. Şəhidlər Xiyabanı kompleksi şəhid ailələrini, ümumilikdə ziyarətçiləri razı salacaq səviyyədə dizayn baxımından da səliqə ilə işlənib.

Bununla yanaşı kənd qəbirstanlıqlarında dəfn olunan şəhidlərimizin məzarlarının götürülməsi işi də tamamlanıb.

 

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Şəmkir sakinlərinin hədər olan əziyyəti - VİDEO

SONRAKI XƏBƏR

Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək