Dərslərin bərpası yaxşıdır, amma... Professor DANIŞIR-VİDEO

Dərslərin bərpası yaxşıdır, amma... Professor DANIŞIR-VİDEO

Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev APA TV-nin "Öncə sağlıq" proqramında "Dərslərin başlamasının uşaqlar arasında virusun kütləvi yayılmasına səbəb ola bilərmi?" mövzusu ilə bağlı danışıb.

Sonxeber.az xəbər verir ki, professor bildirib ki, "Covid-19" virusu daha çox yaşlılara təsir edir:

"Bu gün biz bir daha əmin olduq ki, bu xəstəlik yaşlıları daha çox zədələyir. Onlarda ağır fəsad törədir və ölümlə nəticələnir.Uşaqlarda isə bu göstərici nə yaxşı ki, yaşlılarla müqayisədə dəfələrlə aşağıdır. Ona görə də, mən hesab edirəm ki, məktəblərin və bağçaların fəaliyyətə başlaması yaxşı haldır". Lent.az
 

Mənbə: sonxeber.az