DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib

DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib

DOST mərkəzlərinin xidmətlərindən 2019-cu ildə 62 948 nəfər, 2020-ci ildə 2,8 dəfə çox olmaqla 177 632 nəfər istifadə edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında isə 62 516 nəfər mərkəzlərin xidmətlərindən faydalanıb. 2019-cu ilin may ayından Bakıda 3 DOST mərkəzi istifadəyə verilib. Paytaxtın 8 rayonunun (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) sakini DOST xidmətləri ilə əhatə olunub. Ümumilikdə DOST xidmətləri ilə əhatə olunanların sayı bu ilin 1 mart tarixinə 303 mini ötüb.

DOST mərkəzlərində dövlət sosial xidmətləri “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 97 faizdir.

142 - Çağrı mərkəzi tərəfindən isə 2020-ci ildə əvvəlki ilə nisbətən 3,3 dəfə çox olmaqla 673 374 vətəndaş müraciəti cavablandırılıb. Bu ilin yanvar və fevral ayları (81 051 müraciət) da daxil olmaqla Çağrı mərkəzi vasitəsilə 956 716 müraciətin cavablandırılması təmin olunub.

Mənbə: azvision.az