Qadınlar 8 Martda nə istəyirlər?

Qadınlar 8 Martda nə istəyirlər?

Rusiya mağazalarında son iki həftədə tavaların satışı çoxalıb.

Bu məhsullar 8 Martda qadınlar üçün populyar hədiyyə olaraq qalır.

Cebhe.info xəbər verir ki, bu barədə "Wildberries" internet-riteylerinə istinadən “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, ikinci yerdə ən çox satılan məhsullar içərisində saç feni dayanır.

Bu məhsulların satışı isə 3,8 dəfə artıb.

Adıçəkilən şirkət bildirib ki, 8 Martda qadınlar həmçinin güllər, yumşaq oyuncaq, şokolad, kremlər və ətir də hədiyyə almağı xoşlayırlar.

Bu məhsulların da satışı fevralın 15-dən 6 dəfə çoxalıb.

Sevinc Tapdıqqızı
Cebhe.info

 

Mənbə: cebhe.info