Onlarla düşmən hərbçisini məhv edib, texnikalarını ələ keçirib - Şəhid Nofəl Əliyev 5 medalla təltif olunub - VİDEO

Onlarla düşmən hərbçisini məhv edib, texnikalarını ələ keçirib - Şəhid Nofəl Əliyev 5 medalla təltif olunub - VİDEO

Onlarla düşmən hərbçisini məhv edib, texnikalarını ələ keçirib - Şəhid Nofəl Əliyev 5 medalla təltif olunub

Son döyüşündə yoldaşları ilə birgə 200-ə yaxın erməni hərbçisini məhv edib...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Füzulinin Yuxarı Kürdmahmudlu kəndindən olan Nofəl Əliyevdən gedir.

O, hərbi xidməti başa vurduqdan sonra ailəsindən gizli şəkldə səndələrini toplayıb və kursa qatılıb. 2013-cü ildə gizir rütbəsində xidmətini davam etdirib. Nofələ hərbini sevdirən isə Qarabağ müharibəsi iştirakçısı olan atası və Milli Qəhrəman Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıqlar olub. O, xidməti dövründə həmişə illik məzuniyyətini iki dəfəyə bölərək götürüb. Məqsədi isə Mübariz İbrahimovun doğum və anım günlərində onun qəbrini ziyarət etmək olub.

Nofəl Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsindəki şücaətlərinə görə fəxri fərman və diplomlarla təltif edilib. Vətən müharibəsi başlayanda isə Füzuli istiqamətində döyüşlərə qatılıb. İlk hücumda 50-60 erməni hərbçisini məhv edib. Xocavənd istiqamətində də döyüşlərdə iştirak edən Nofəl oktyabrın 3-də Cəbrayılın Rüzgar kəndində ürəyinə dəyən snayper gülləsindən şəhid olub.

Valideynlərinin sözlərinə görə, Nofəlin ən böyük arzusu işğaldakı torpaqlarımızin azad edilməsi və Şuşanı görmək olub.

Şəhidimiz "Vətən uğrunda", "İgidliyə görə", "Cəsur döyüşçü", eləcə də Füzulinin və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

 

Mənbə: news.milli.az