Koronavirusun bu növü vaksinlərin effektini öldürür - Mütəxəssis

Koronavirusun bu növü vaksinlərin effektini öldürür - Mütəxəssis

İtaliyada koronavirusun Nigeriya ştammı tapılıb.

Publika.az xəbər verir ki, bunu virusoloq, mikrobioloji laboratoriya müdiri Arnaldo Karuzo açıqlayıb.

Onun sözlərinə görə, mövcud vaksinlər bu ştamma qarşı qeyri-effektivdir: "İtaliyada ilk dəfə olaraq mövcud peyvəndləri qeyri-effektiv edə biləcək mutant versiya tapılıb. Onun haqqında hələ ki çox şey bilmirik".

Qeyd edək ki, ötən yay pandemiyadan kifayət qədər təsirlənən Breşiya bölgəsində infeksiya sayı yenidən artmaqdadır və bu da karantin tədbirlərinin sərtləşdirilməsinə səbəb olur.

Ali Səhiyyə İnstitutlarına görə, hazırda ölkədə daha çox yoluxucu sayılan Britaniya ştammı 54-64% səviyyəsində üstünlük təşkil edir.

İtaliyadakı mütəxəssislər infeksiya sayında yeni artım fonunda pandemiyanın "üçüncü dalğası"nın başlamasından bəhs edir. Hökumət ən əlverişsiz epidemioloji vəziyyəti olan "qırmızı" zonalardakı 100 min nəfərə 200-250-dən çox yoluxma olduğu üçün bütün məktəb və uşaq bağçalarını bağlayıb.

İtaliyada pandemiyanın başlamasından bəri 3 milyona yaxın insan virusa yoluxub, 98 mindən çoxu ölüb.

Zümrüd

Mənbə: publika.az