Tacikistanın əhalisi 10 milyon nəfərə çatır

2021-ci il yanvarın 1-nə olan məlumata görə Tacikistanın əhalisi 9 milyon 504 min nəfərə çatıb.

AZƏRTAC Tacikistan Statistika Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən il əhali sayının artımı 2 faiz təşkil edib.

Məlumatda qeyd edilir ki, ötən il ölkədə 240 min uşaq doğulub, ölənlərin sayı isə təxminən 42 min təşkil edib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Yenidən Qarabağ müharibəsi gözlənilir? - Ramaldanov AÇIQLADI

SONRAKI XƏBƏR

Ermənistan XİN başçısı təxribatlarını DAVAM ETDİRİR