Dövlət qulluğuna qəbul imtahanlarında qadınların müvəffəqiyyət göstəriciləri yüksək olub

Dövlət qulluğuna qəbul imtahanlarında qadınların müvəffəqiyyət göstəriciləri yüksək olub

Dövlət qulluğuna qəbul imtahanlarında 2092 namizəddən 740 nəfəri (35.4 faiz) müvəffəqiyyət əldə edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanlarda iştirak edən qadınların müvəffəqiyyət göstəriciləri nisbətən yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1008 kişidən 324 nəfər (32.1 faiz), 1084 qadından isə 416 nəfər (38.4 faiz) uğur əldə edib.

Xatırladaq ki, DİM tərəfindən fevralın 19-da inzibati vəzifələrin A və B növünə (inzibati rəhbər və icraçı vəzifələr) aid olan AA, AB, AC, BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.

Mənbə: azertag.az