Masallı sakini lizinq şirkətindən pulunu ala bilmir - VİDEO

Masallı sakini lizinq şirkətindən pulunu ala bilmir - VİDEO

Masallı sakini lizinq şirkətindən pulunu ala bilmir

Masallı rayonu, Köçəkli kənd sakini Ravil Kərimov lizinq yolu ilə almaq istədiyi traktoru əldə edə bimir. O, traktorun pulunu lizinq şirkətinə ödəyib, amma bir ildir ki, bu texnikanı ala bilmir. Səbəb lizinq şirkətinin bağlanmasıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ravil Kərimov lizinq vasitəsi ilə traktor almaq istəyib. Bu məqsədlə ötən ilin aprel ayında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Aqrolizinq'' Açıq Səhimdar Cəmiyyətinin baş ofisinə müraciət edib.

Orada olan bank əmkdaşları traktoru almaqdan ötrü Ravil Kərimovdan ilkin ödəniş kimi "NBC Lizinq" şirkətinə 11min manat pulun ödənilməsini bildiriblər.

Ravil Kərimov isə lizinq şirkətinə 20 min 252 manat pul ödəyib. Şirkətin əməkdaşları traktor üçün qabaqcadan ödəniləcək sığorta pulunu, 1231 manatı da Ravil Kərimovdan alıblar.

Şikayətçi deyir ki, kreditlə alqı-satqı müqaviləsinin bağlanmasından 1 il ötməsinə baxmayaraq, hələ də texnikanı ala bilməyib.

Ravil Kərimov indiyə kimi lizinq şirkətindən cəmi 873 manatını geri ala bilib. Bağlanan lizinq şirkəti pulun qalanını ödəməkdən imtina edib. Şikayətçi deyir ki, fevral ayının 9-da şirkəti məhkəməyə verib. Ancaq məhkəmə iclasında şirkətin heç bir əməkdaşı iştirak etməyib. Hazırda o, nə pulunu, nə də traktoru geri ala bilir.

"NBC Lizinq" şirkətinin bağlı olduğu bildirildiyindən, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədik.

İndi Ravil Kərimov məhkəmənin onun xeyrinə qərar verəcəyini ümidlə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

 

Mənbə: news.milli.az