COVID-19-un yeni növünə daha çox gənclər yoluxur - HƏYƏCAN TƏBİLİ

COVID-19-un yeni növünə daha çox gənclər yoluxur  - HƏYƏCAN TƏBİLİ

İtaliyanın yeni Baş naziri Mario Draqi koronavirus epidemiyasına qarşı mübarizədə ilk əhatəli fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, ölkədə sərt karantin rejimi aprelin 6-na qədər uzadılıb. Yeni fərmanla hazırda tətbiq olunan "yayılma riskinə görə regional tədbir" strategiyası COVID-19-un ölkə daxilində sürətlə yayılan variantları səbəbindən nəzərdən keçirilib və bəzi tədbirlər sərtləşdirilib.

İtaliyanın səhiyyə naziri Robert Speranza COVID-19-un İngiltərə növünün sürətlə yayıldığını və xüsusən gənclərin bu virusa daha tez yoluxduğunu bildirib.

İtaliya Sağlamlıq İnstitutunun prezidenti Silvio Brusaferro "Koronavirusun ingilis versiyasının yayılma nisbəti təxminən 54%-dir. Braziliyada rast gəlinən növ isə daha çox yayılır və mərkəzi bölgələrdə müşahidə edilir" deyə açıqlama verib.

Orxan İsmayıl / Redaktor.az

Mənbə: redaktor.az