FHN: Əməkdaşlar vaksinasiyada könüllü iştirak edirlər

FHN:    Əməkdaşlar vaksinasiyada könüllü iştirak edirlər

Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks uğurlu tədbirlər davam etdirilir. FHN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu tədbirlər çərçivəsində, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin koronavirus əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevral ayının 25-dən başlanmış vaksinasiyada əməkdaşlar könüllülük prinsipi əsasında iştirak edirlər.

Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində həyata keçirilən vaksinasiya prosesi zamanı əməkdaşlar müvafiq qaydada əvvəlcə həkim müayinəsindən keçirilir, vaksin vurulduqdan sonra isə 30 dəqiqə ərzində həkim nəzarəti altında saxlanılırlar. Bu vaxtadək əməkdaşlar arasında vaksinin hər hansı yan təsiri aşkar edilməyib.



Azvision.az

Mənbə: azvision.az