Azərbaycana peyvənd tədarükü dayandırılıb? – Rəsmi qurumlar susur

Azərbaycana peyvənd tədarükü dayandırılıb? – Rəsmi qurumlar susur

191 ölkədən maliyyə alan “COVAX” koronavirus əleyhinə peyvəndlərin Azərbaycana və Gürcüstana tədarükünü dayandırılıb.

Cebhe.info xəbər verir ki, bu haqda məlumatı politoloq Yeganə Hacıyeva paylaşıb. Məlumatda həmçinin qeyd olunub ki, “COVAX” keçən il 7 ay ərzində ancaq “Team Europe"- Avropa Komissiyası və onun tərəfdaşlarından aldığı maliyyənin həcmi 16 milyard avro təşkil edib.

2020-ci il mayın 4-dən etibarən Avropa Komissiyası və onun tərəfdaşları koronavirusa qarşı qlobal mübarizə, testlərə, müalicə və koronavirusa qarşı peyvəndlərə universal çıxışa və qlobal səviyyədə xəstəlikdən qurtulma üçün dəstək məqsədilə həyata keçirilən qlobal hərəkata 16 milyard avro yardım edib.

"Team Europe" təşəbbüsünün ianəçiləri və onların ianələri ( ancaq rəsmi köçürmələri yazmışam) bunlardır:

- Aİ-yə üzv dövlətlər -3,1 milyard avro, - Avropa Komissiyası - 1,8 milyard avro, - AİB - 7,4 milyard avro (may ayında 2,5 , iyun ayında isə 4,9 milyard) 2021 ci il ilk iki ayında Avropa İttifaqı “COVAX”-a Şərq Tərəfdaşlıq ölkələri daxil, aşağı və orta gəlirli ölkələri peyvəndlə təmin etmək üçün əlavə 500 milyon avro ayırıb. “COVAX”-ın maliyyə şəffaflığı olmadığı üçün, diğər ölkələrdən aldığı maliyyənin həcmi haqqında ancaq təhmin edə bilərik, təxminən 90-100 milyard avro. Məlumatda həmçinin “Team Europe” ianələrini haqqında məlumatların Avropa Kommisiyyası hesabatlarından götürüldüyü bildirilib.

Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxladıq. TƏBİB-dən Cebhe.info-ya bildirildi ki, bu məsələ Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətindədir. Agentlikdən mövqe almağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.

Vilayət Muxtar
Cebhe.info

 

Mənbə: cebhe.info