Ötən həftə Rusiya və NATO Arktikada hərbi təlimlər keçirib.
Ordu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
Bildirilir ki, Kanada, Almaniya və Norveç hərbi gəmiləri, habelə Norveç Hərbi Hava Qüvvələrinin 5-ci nəsil F-35 qırıcısı və ABŞ Hərbi Hava Qüvvələrinin B-1 strateji bombardmançıları Arktikadakı NATO təlimlərində iştirak edib.
Bu vaxt Rusiyanın “Marşal Ustinov” adlı raket kreyseri sualtı döyüş simulyasiyası edib.
Bir çox qərb ekspertləri son illər Arktika uğrunda Rusiya və NATO arasında gərginliyin artdığını müşahidə edirlər.
Sevinc Əliyeva
Ordu.az
Mənbə: ordu.az