Azərbaycanda daşqın təhlükəsi var? - “Ayın sonunda biləcəyik” - RƏSMİ

Azərbaycanda daşqın təhlükəsi var? - “Ayın sonunda biləcəyik” - RƏSMİ

Roma papası dündaya sel və daşqınların olacağı ilə bağlı xəbərdarlıq edib.

O bildirib ki, dövlət rəhbərləri qlobal istiləşmə ilə bağlı tədbirlər görməsələr, fəlakət başlayacaq. Bundan əvvəl isə ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsindən (NOAA) olan alimlər ötən ilin Arktikada müşahidə tarixində ikinci rekord isti il olduğunu söyləyiblər.

Üstəlik, son əlli ildə buradakı temperatur planetin digər bölgələrinə nisbətən iki dəfə daha sürətlə artır.

Bu il Azərbaycanda da yağıntılar bol oldu. Bəs bu bizə nədən xəbər verir? Ölkə ərazisində daşqınlar gözlənilirmi?

Bu barədə Cebhe.info-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, daşqınlar barədə məlumat mart ayının sonunda məlum olacaq:

“Martın 5-dən etibarən dağlıq ərazilərdə qarölçmə işləri aparılacaq. Burda əsas məqsəd qar ehtiyatını müəyyən etməkdir. Ondan sonra hesablamalar aparılacaq və aprel, may, iyun aylarının hava proqnozları müəyyənləşdiriləcək. Bununla da martın sonunda artıq biz deyə bilərik ki, çaylarda hansı sululuq gözlənilir”.

Mənbə: cebhe.info