“Alim kimi alim, adam kimi adam” - Baş redaktor tarixçi alim Dilavər Əzimlidən yazdı

“Alim kimi alim, adam kimi adam” - Baş redaktor tarixçi alim Dilavər Əzimlidən yazdı

“Sözün bütün mənalarında adam idi, alim idi. Təvəzökar, aşırı insanlıq duyğusuna sahib, vicdanının səsini eşidən və duyan adam… Bizimlə "Cümhuriyət"də işləyirdi, parlament müxbiri idi. Qəzetin çətin vaxtlarıydı. Aylarla pulsuz işləməli olurduq. Bu, fədakarlıq idi və Dilavər bəy əsl fədakar idi. Milli Məclisin səhər başlayan iclasına gedib, bir də axşam dönürdü. Ac-susuz... O qədər özünə hörmət edən, abırlı insan idi ki, ərkimiz ötən, dostumuz olan deputatlarla fasilədə parlamentin bufetinə çay içməyə də getməzdi”.

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov bu gün koronavirusdan vəfat edən Dilavər Əzimli barədə yazıb:

“Bu qədər kristal, abrıını, əxlaqını qoruyan adam idi Dilavər Əzimli.

Alimliyi də o cümlədən. Hər kəs bilir ki, necə bir tarixçi, araşdırmaçı idi. Zəhmətiylə alimlik dərəcəsinə yüksəlmiş, bildiklərini öyrətməyə, cəmiyyətə çatdırmaqdan ötrü gecəsi-gündüzü olmurdu.

Dəyərli dostumuz Vətən sevdalısı, Bütöv Azərbaycan yolunun layiqlilərindən idi...

Ruhu şad, yeri uçmağ olsun!”

 

Mənbə: cebhe.info