Şəhidin 23-cü doğum günü...

 

Bu gün Vətən müharibəsi şəhidi, gizir Telman Rafiq oğlu Həsənlinin doğum günüdür. Şəhidin 23-cü doğum günü onsuz, dünyaya göz açdığı Biləsuvar rayonunun Bağbanlar kəndində qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, rayon ictimaiyyəti şəhid qəhramanın ata ocağını və kənd qəbiristanlığında olan məzarını ziyarət edib. Şəhidin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Qeyd edək ki, tank komandiri olan Telman Həsənli 44 günlük Vətən müharibəsində şərəflə döyüşüb. Düşmən cəbhəsinin Füzuli istiqamətində yarılmasınada xüsusi qəhrəmanlıq göstərib və düşmən tankını qənimət gətirib. Hadrut istiqamətində ağır qəlpə yaraları alsa da, qısa müddətə müalicə alaraq döyüşə qayıdıb. Cəbrayılda, Xudafərin uğrunda döyüşlərdə rəşadət göstərib. Sonuncu döyüşü isə Qubadlı istiqamətində olub.

T. Həsənli Vətən muharibəsinin 22 - ci günündə - oktyabrın 18-də şəhadətə qovuşub. Döyüşlərdə göstərdiyi şücarətə görə ölümündən sonra "Vətən uğurunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Surxay Sahbazov

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda peyvənd prosesinə hələ başlanılmayıb

SONRAKI XƏBƏR

Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq