“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər” - Təhsil eksperti - VİDEO

“Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar günü gəlir. Bu bizim təhsildə həmişə ağrılı problem olub. Fevralın sonlarında bəzi müəllimlər tərəfindən şikayətlər ünvanlandı ki, 8 Martla bağlı məktəblərdə bəzi addımlar atılır”.

Bu fikirləri "APAralel" verilişində təhsil üzrə ekspert Elçin Əfəndi səsləndirib.

Ekspert Təhsil Nazirliyindən məktəblərdə yoxlama aparmasını təklif edir.

“Bəzi məktəb direktorları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar gününə görə məktəbdə koronavirusa yoluxma faktını gizlədirlər. Ağdam rayonunda fəaliyyət göstərən bir məktəbdə çalışan müəllimə bununla bağlı bizə şikayət edib”.

Elçin Əfəndi qeyd edir ki, bəzi məktəblərdə direktorların qəsdən istilik sistemini sıradan çıxartmalarını iddia edir:

“Buna səbəb kimi bəzi direktorlar və müəllimlər üçün onlayn təhsilin sərf etdiyini bildirir”.

Lent.az

 

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Adadakı qaçqınlar xilas edildi

SONRAKI XƏBƏR

Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi