Kürdəxanı qəsəbə sakinindən 2 kiloqrama yaxın narkotik maddə götürülüb

Kürdəxanı qəsəbə sakinindən 2 kiloqrama yaxın narkotik maddə götürülüb

 

Bakı, 3 mart, AZƏRTAC

Kürdəxanı qəsəbə sakinindən 2 kiloqrama yaxın narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun evinə baxış keçirilib. Evdən əlavə olaraq 1 kiloqram 510 qram heroin götürülüb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Mənbə: azertag.az