“Şəbəkə inzibatçısı” təlimləri təşkil olunacaq

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkil etdiyi “Şəbəkə inzibatçısı” təlimlərinə müraciətlər qəbul olunur.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimlərə seçilmiş iştirakçılar şəbəkə avadanlıqları, onların işləmə mexanizmi, lokal və qlobal şəbəkənin qurulması və sazlanması, şəbəkədə istifadə edilən protokollar, “IP rutinq” və “lan sviçinq” texnologiyası haqqında öyrənəcək və təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

İştirak üçün əsas meyarlara əsasən başlanğıc səviyyə ingilis dili bilikləri, kompüterdə işləmək bacarığı, “Windows” əməliyyat sistemlərinin quraşdırılma və sazlanmasını bilmək tələb olunur. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək təlimin müddəti 60 saatdır (2 ay).

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikatlar təqdim ediləcək. Təlimdə iştirak etmək istəyənlər martın 12-dək müraciət edə bilərlər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Yeni "Amazon" loqosu Hitlerin bığına bənzədildi

SONRAKI XƏBƏR

Paşinyan yüksək vəzifəli polislərlə qapalı görüş keçirdi